8 Noyabr- Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti Hərbi Memorial Məzarlıqda, Xocəsən, Biləcəri və Binəqədi qəsəbələrində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Komplekslərini ziyarət etdilər
8 Noyabr- Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi.
8 Noyabr-Zəfər Günü Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri Məlahət İbrahimqızı, Səbinə Xasayeva, Binəqədi Rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova, Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon İcra Hakimiyyəti başçısı Aparatının, hüquq-mühafizə orqanlarının, Rayon İcra Hakimiyyəti başçısının sahə və qəaəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, MKTB-nin kollektivi, rayon ictimaiyyəti Hərbi Memorial Məzarlıqda, Xocəsən, Biləcəri və Binəqədi qəsəbələrində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Komplekslərini ziyarət etdilər, şəhid məzarları önünə gül dəstələri düzərək, müstəqilliyimiz, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.
Şəhid valideynləri övladları ilə fəxr etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Zəfərimiz əbədi, Zəfər Günümüz mübarək olsun!









