8 Noyabr- Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Binəqədi rayonunda da şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi
8 Noyabr- Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi.
8 Noyabr-Zəfər Günü Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri Kəmaləddin Qafarov, Məlahət İbrahimqızı, Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, Rayon İcra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, MKTB-nin nümayəndələri, rayon ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısındakı abidəsinin, Binəqədi rayonunda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin qarşısına əklil və gül dəstələri qoyaraq, böyük ehtiramlarını bildirdilər.
Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Zəfərimiz əbədi, Zəfər Günümüz mübarək olsun!









