8 Noyabr- “Zəfər Günü”nün beşinci ildönümü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi
8 Noyabr- “Zəfər Günü”nün beşinci ildönümü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi.
8 Noyabr- “Zəfər Günü”nün beşinci ildönümündə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri Kəmaləddin Qafarov, Azay Quliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, MKTB-nin rəhbərləri, rayon ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısındakı abidəsinin, Binəqədi rayonunda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin qarşısına gül dəstələri qoyaraq ehtiramlarını bildirdilər, daha sonra Il Fəxri Xiyaban, Xocəsən, Biləcəri və Binəqədi qəsəbələrində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Komplekslərini ziyarət etdilər.
Tədbir iştirakçıları şəhid məzarları önünə gül dəstələri düzərək, müstəqilliyimiz, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.
Şəhid valideynləri övladları ilə fəxr etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Zəfərimiz əbədi, Zəfər Günümüz mübarək olsun!









