Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Biləcəri qəsəbəsi Gənclər Birliyinin yığıncağı keçirildi
İyulun 3-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Biləcəri Qəsəbəsi Gənclər Birliyinin ümumi yığıncağı keçirildi.
Tədbirdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, rayon partiya təşkilatının Aparatının rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Biləcəri qəsəbəsi Ağsaqqallar Şurasının sədri Yaqub Vəliyev və fəal gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçılarını salamlayaraq keçirilən tədbirin mahiyyəti barədə məlumat verdi. O rayon partiya təşkilatının üzvlərin sayının on beş minə qədər çatdığını qeyd edərək, partiyanın üzvləri arasında gənclərin sayının günü-gündən artmasının müsbət hal olduğunu, YAP Binəqədi rayon Təşkilatı sıralarına qoşulanlar arasında da gənclərin üstünlük təşkil etdiyini vurğuladı. 12-28 iyun 2015-ci il tarixlərində Azərbaycanda keçirilmiş Bakı-2015 İlk Avropa oyunlarının xatırladan natiq Oyunların müasir Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını və onun ölkəmizi daha da tanıtdığını bildiridi.
Daha sonra gündəlikdə duran təşkilati məsələlərə baxıldı, Biləcəri Qəsəbəsi Gənclər Birliyinin İdarə heyətinin tərkibində dəyişikliklər edildi. Sahib Oruc oğlu Hacızadə Biləcəri Qəsəbəsi Gənclər Birliyinin sədri, Türkan İlham qızı Sadıqova isə sədr müavini vəzifəsinə seçildilər.
Tədbirdə çıxış edən Biləcəri Qəsəbəsi Gənclər Birliyinin sədri Sahib Hacızadə ona göstərilən etimada görə rayon partiya təşkilatının rəhbərliyinə öz təşəkkürünü ifadə etdi, etimadı doğrultmaq üçün çalışacağını qeyd etdi.
Çıxış edən YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə gənclər üçün yaradılmış şəraitə görə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon Təşkilatının rəhbərliyinə öz təşəkkürünü bildirdi, gənclərin fəallığının artırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini qeyd etdi.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və Biləcəri Ağsaqqallar Şurasının sədri Yaqub Vəliyev çıxışlarında gənclərin davamlı inkişafı istiqamətində rayonda görülən işlərdən söz açaraq rayon rəhbərliyinin daim gənclərə dəstək verdiyini, onları irəli çəkdiyini bildirdilər.
YAP Binəqədi rayon Təşkilatının Aparatının rəhbəri Sevinc Abdullayeva öz çıxışında ölkəmizdə gənclər siyasətinin əsasının ümumilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda bu uğurlu siyasətin İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib. O hazırda ölkədə 250-dən çox gənclər təşkilatının olduğunu bildirərək YAP Binəqədi rayon Təşkilatının gənclər sahəsində keçirdiyi layihələrdən söz açdı.
Daha sonra YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Nərgiz Qurbani və fəal gənc Həbibə Abbasova Bakı-2015 İlk Avropa Oyunları ilə bağlı öz təəssüratlarını bölüşdülər.