Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə qəsəbəsində yeni piyada keçidi sakinlərin istifadəsinə verildi

23 iyul 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən bəzi küçə və prospektlərdə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə Həsrət Ağamalıyev küçəsinin kəsişməsində, 6 hərəkət zolaqlı yol üzərindən yeni müasir yerüstü piyada keçidi inşa edilərək vətəndaşların istifadəsinə verildi.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini nəzərə alaraq, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə yeni yerüstü piyada keçidinin inşaasına 2014-cü ilin oktyabr ayında start vermişdi. Tikinti işləri Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilərək, vaxtında yekunlaşdırılıb.
Bir aşırımlı, metal konstruksiyalı yerüstü müasir piyada keçidinin eskalatorlarla birlikdə ümumi uzunluğu 82,12 metr, o cümlədən giriş-cıxışlarda pilləkanların üzunluğu  2x23.77=47.54 metr, aşırımın mərkəzi  dayaq  oxları arasında məsafə 28.24 metr, daxili eni 3,4 metr, hündürlüyü isə 3,0 metrdir, yol üzərindən hündürlüyü isə 6,0 metrdir. Yerüstü piyada keçidinin eyni tərəfə baxan iki ədəd giriş cıxışının hər birində vətəndaşların rahat hərəkəti üçün 2 komplekt olmaqla 4 ədəd eskalator quraşdırılıb.
Piyada keçidinin qapalı hissəsi və pilləkanların işıqlı olması üçün şüşə pəncərələr quraşdırılıb, pilləkan marşı və dəhliz hissəsi mərmər üzlük daşı ilə üzlənib, tavan və yan divarlar müxtəlif rəngli alkopanlarla üzlənib, müasir işıqlandırma sistemi qurulub.
Yeni piyada keçidində vətəndaşların təhükəsizliyi kameralar vasitəsilə 24 saat ərzində təmin olunur. Bunun üçün keçiddə 4 ədəd təhlükəsizlik kamerası quraşdırılıb və mühafizəçi otağı qurulub.

Keçidlər