Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər arasında “Xəmsə” milli intellektual oyunu keçirildi

24 iyul 2015 | 10:00

24 iyul 2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, onların asudə vaxtının səmərəli təşkil olunması, həmçinin gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması məqsədi ilə “Xəmsə” milli intellektual oyunu keçirildi.
Yarışda tərkibi 5 oyunçudan ibarət olmaqla ümumilikdə 8 komanda (Qarabağ, True Legends, Müasir İqtisad Məktəbi, Powerfull, Inception, Avto Binəqədi, Spartak, Fenix) iştirak etdi.
Yarışın yekun nəticələrinə görə “Fenix” komandası birinci yerə, “True Legends” komandası ikinci yerə, “Avto Binəqədi” komandası üçüncü yerə layiq görüldülər.
Mükafatlandırma mərasimində çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə rayonda yeniyetmə və gənclərin intellektual səviyyəsi, dünya görüşünün artırılması və onların stimullaşdırılması məqsədilə müxtəlif yarışlar və oyunların keçirilməsinə böyük önəm verildiyini vurğuladılar. Natiqlər oyun zamanı yüksək bilik nümayiş etdirən gəncləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladılar.
Sonda qaliblər diplom və xatirə hədiyyələri ilə təltif olundular.

Keçidlər