Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN” Könüllüləri üçün “İdarəetmədə PR” təlimi keçirildi

29 iyul 2015 | 10:00

29 iyul tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan "ASAN" Könüllüləri üçün "İdarəetmədə PR", PR-ın rolu və əhəmiyyəti", "PR-ın növləri", "PR və Təbliğat", "Hansı sahədə PR əhəmiyyətlidir" mövzularında təlim keçirildi.
İlk öncə təlimi giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova belə təlimlərin rayon rəhbərliyinin tapşırığına əsasən keçirildiyini,  təlimlərin Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan "ASAN" Könüllülərinin təcrübə toplamaqlarına müsbət töhfələr verəcəyini və müxtəlif mövzularda təlimlərin mütəmadi olaraq keçiriləcəyini bildirdi.
Daha sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul işçisi Leyla Kərimova təlimdə gənclərə "İdarəetmədə PR", PR-ın rolu və əhəmiyyəti", "PR-ın növləri", "PR və Təbliğat", "Hansı sahədə PR əhəmiyyətlidir" mövzuları  barədə  ətraflı  məlumat verdi.
Təlim zamanı gənclər onlara verilən praktik tapşırığı uğurla icra etdilər.

Keçidlər