“Avto Akademiya Binəqədi-2” layihəsi çərçivəsində növbəti təlim keçirildi
28 iyul 2015 | 10:00
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Rayon Gənclər və İdman İdarəsi, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Avtomobil Federasiyası, “NURGUN Motors”, “RƏVAN” Sığorta şirkəti, "NBC Bank" və Xəzər-Qərb Tədris Mərkəzinin təşkilatçılığı ilə start verilən “Avto Akademiya Binəqədi-2” layihəsi çərçivəsində 28 iyul 2015-ci il tarixdə növbəti təlim keçirildi.
Təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edərək təlimin gedişatı ilə maraqlandı və iştirakçılara öz tövsiyələrini verdi.
Xəzər-Qərb Tədris Mərkəzinin müəllimi İlqar Quliyev və təlim iştirakçıları layihə ilə bağlı təəssüratlarını bölüşdülər.