Rayon ərazisində növbəti iməclik təşkil edildi
03 avqust 2015 | 10:00
İnsan sağlamlığının və təbiətin mühafizəsi üçün lazım olan ən mühüm amil sanitar-gigiyena qaydalarına əməl edilməsi və təmizliyin qorunmasıdır. Bu məqsədlə Binəqədi rayonunda hər həftənin şənbə günləri iməcliklər keçirilir. Növbəti iməclik 1 avqust tarixdə Binəqədi – Novxanı yolunda təşkil edildi. İməclikdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, bələdiyyə sədrləri, icra nümayəndələri və sakinlər iştirak etdi. İməclik zamanı ərazi müxtəlif məişət tullantılarından təmizləndi, qurumuş kolların ərazidən daşındı, ağaclara qulluq edildi və s. digər təmizlik işləri görüldü.