“Xoş gəldin, körpəm” layihəsi çərçivəsində tibb işçiləri üçün təlim təşkil edildi
03 avqust 2015 | 10:00
31 iyul – 2 avqust 2015-ci il tarixlərində Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında Türkiyə Respublikası Baş Nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Həkimlər İttifaqı və Azərbaycan Tibb Universiteti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Qadınlar Şurasının birgə əməkdaşlığı ilə keçirilən “Xoş gəldin, körpəm” layihəsi çərçivəsində rayonun tibb işçiləri üçün təlimçilər üçün təlim proqramı təşkil edildi.
Binəqədi rayonu İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək təlimin əhəmiyyətindən danışdı və iştirakçılara uğurlar arzuladı.
Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edildi.