Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Sosial şəbəkələr və Vaxt amili” mövzusunda təlim keçirildi

01 avqust 2015 | 10:00

1 avqust 2015-ci il tarixdə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon icra nümayəndəlikləri və qəsəbə bələdiyyələrinin Facebook sosial şəbəkəsindəki səhifələrinin inzibatçıları, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN” Könüllüləri  və  YAP Binəqədi Rayon Təşkilatının fəal gəncləri üçün “Sosial şəbəkələr və Vaxt amili” mövzusunda təlim keçirildi

İlk öncə YAP Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva çıxış edərək belə təlimlərin gənclər üçün əhəmiyyətindən danışdı, onların bugün keçirilən təlimdən sosial şəbəkələrdən düzgün istifadə üçün çox şey əldə edəcəklərini vurğuladı.

Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon icra nümayəndəlikləri və qəsəbə bələdiyyələrinin Facebook sosial şəbəkəsindəki səhifələrinin təqdimatını nümayiş etdirərək, gənclər üçün bu növ təlimlərin təşkilinin davamlı olacağını qeyd etdi.

Daha sonra  ekspert  və təlimçi Tofiq Sadıxov “Sosial şəbəkələr və Vaxt amili”, “Vaxt nədir?”, “Vaxtımız nəyə sərf olunur?”, “Vaxt və məqsədlər”, “SWOT analiz”, “Vacib işləri necə müəyyən etməli?”, “Eyzenhauer matriksi və onun tətbiqi” mövzularında gənclərə təlimlər keçdi. Təlim zamanı eyni zamanda gənclərlə diskusiyya aparıldı və gəncləri maraqlandırılan suallar təlimçi tərəfindən cavablandırıldı.

Təlim başa çatdıqdan sonra təlimdə iştirak edən gənclərlə görüşən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva gənclərə uğurlar dilədi və onların təlimlə bağlı təəsüratlarını dinlədi. A.Əliyeva gənclərlə bağlı layihələrin davamlı olacağını vurğulayaraq gənclərə istənilən vaxt təklifləri ilə Rayon İcra Hakimiyyətinə müraciət edə biləcəklərini bildirdi.

Sonda təlim iştirakçıları ilə xatirə fotosu çəkildi.

Keçidlər