Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə sakinləri ilə növbəti görüşü keçirildi
2015-ci il avqustun 14-də Yəhya Hüseynov küçəsi 14 ünvanında yerləşən əhalinin kütləvi tədbirlər evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun Biləcəri qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 155 nəfər qəsəbə sakini iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Daha sonra qəsəbə sakinlərindən Gülağa Mehdiyev, İmaş Eyvazov, Vaqif Mürsəlov, Şərqiyyə Namazova, Səkinə Əsədova, Nazim Gülməmmədov, Cahangir Qocayev, Hüseyn Məmmədov və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.