Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Binəqədi Rayon İcra Hakimiyyətində Azadlıq prospekti 200/36 saylı binanın bir qrup sakinini qəbul etdi

16 avqust 2015 | 10:00

15 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Azadlıq prospekti 200/36 saylı binanın bir qrup sakinini qəbul etdi. Qəbulda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin məsul əməkdaşları iştirak etdilər.
Qəbulda zərər çəkmiş 10 avtomobil sahibi, ziyan dəymiş 4 qeyri-yaşayış sahəsinin sahibi və müxtəlif məsələrlə bağlı 7 ailə dinlənildi. Hadisə zamanı zərər çəkmiş 10 avtomobil sahibinin hər birinə ekspertiza tərəfindən müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq sərəncam layihəsinin hazırlandığı və bu məsələnin yaxın günlərdə həll ediləcəyi barədə məlumat verildi.
Ziyan çəkmiş şəxslər görülən tədbirlərdən razı qaldıqlarını bildirdilər.
Binadakı qeyri-yaşayış sahələrinin sahiblərinə həmin sahələrin yüksək səviyyədə təmir olunaraq sahiblərinin ixtiyarına veriləcəyi bildirildi.
Sakinləri narahat edən digər sullar və mübahisə doğuran məsələlərlə əlaqədar hər bir sakin dinlənildi və onların hər birinə qaneedici cavab verildi.
Sonda qəbulda iştirak edənlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Baş Nazirin müavini Abid Şərifovun şəxsində Dövlət Komissiyasına minnətdarlıqlarını bildirdilər. Eyni zamanda mənzillərdə təmirin yüksək səviyyədə aparıldığı və sentyabr ayının sonunadək mənzillərin təmirinin tam yekunlaşaraq sakinlərin ixtiyarına veriləcəyi bildirildi.

Keçidlər