Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2015-ci ilin iyul ayı ərzində daxil olan müraciətlər

17 avqust 2015 | 10:00

2015-ci ilin iyul ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 2731, birbaşa cavablandırılan zənglərin sayı 2147,  yaradılmış əks əlaqələrin sayı 856, günlük  orta zəng sayı 84, tərtib edilmiş şikayət vərəqələrinin sayı 584 olub, xidmət səviyyəsi  98,3 % təşkil edib.
Şikayət xarakterli müraciətin 574-ü və ya 98,3 %-i icrası təmin edilib, o cümlədən  510-u və ya  89 %-i tam həll olunub,  30-u  və ya 5,2 %-i qismən həll edilib,  34-ü və ya 5,8 %-nə müvafiq izahat verilərək həll edilib, 10-u və ya 1,7 %-nin icrası nəzarətdədir.
İyul ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  389-u  və ya  67 %-i su-kanalizasiya,  65-i və ya 11 %-i lift problemləri, 51-i və ya 8,6 %-i elektrik təchizatı ilə bağlı, 18-i və ya 3,1 %-i qaz təchizatı, 17-i və ya 2,7  %-i zibil və tullantılar ilə əlaqədar, 16-i və ya 3 %-i sakinləri narahat edən digər məsələlər, 8-i və ya 1 %-i yaşıllaşdırma idarəsi, 4-ü və ya 0,6 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar olub.
Xidmətə ay ərzində 16 təşəkkür müraciəti daxil olmuşdur.

Keçidlər