Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Gənclərinin II Liderlik Məclisi layihəsinə start verildi

20 avqust 2015 | 10:00

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 3-6 sentyabr 2015-ci il tarixlərində Şəmkir şəhərində Binəqədi Gənclərinin II Liderlik Məclisi layihəsi keçiriləcək. Layihədə iştirak etmək üçün Binəqədi rayonunda yaşayan, qeydiyyatda olan, işləyən, təhsil alan və yaxud rayonun ictimai-siyasi həyatında aktiv şəkildə iştirak etmiş gənclər müraciət edə bilərlər

https://docs.google.com/forms/d/12-bSNMySI8O-G9vJ71-pbqBdlpSRFxMt1C2vlWJGZw8/viewform
Layihədə iştirak etmək istəyən gənclər 27 avqust tarixinə qədər ərizə formasını dolduraraq müraciət ünvanlaya bilərlər. Hər hansı bir sualınız yaranarsa bizimlə aşağıda göstərilən e-mail ünvanı vasitəsi ilə əlaqə qura bilərsiniz:

binegedi.liderlikmeclisi@gmail.com 
Liderlik Məclisində Sizi gözləyir:
• Beynəlxalq sertifikatlı təlimçilər tərəfindən aparılan təlimlər;
• İntellektual oyunlar;
• Əyləncə;
• Yeni dostlar;
• Qiymətli hədiyyələr və s.
Əlaqələndirici şəxs: Əliyeva Rəvanə - (050) 514 88 11

Əlavə məlumat üçün, 562 48 32 (daxili: 545) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Keçidlər