“Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsinə start verildi
2 sentyabr 2015-ci il tarixində “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsində iştirak hüququ qazanmış gənclər Şəmkir rayonuna yola salındılar.
Gənclərin yola salınması mərasimində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva gəncləri salamlayaraq Binəqədi rayonunda aparılan gənclər siyasətinin ölkəmizdə yürüdülən gənclər siyasətinin tərkib hissəsi olduğunu vurğuladı və rayon gənclərinin daim diqqətdə saxlandığını xüsusi olaraq qeyd etdi. A.Əliyeva Şəmkir rayonuna yola düşəcək kollektivə qarşıdakı 4 gün ərzində təlimlərdən yararlanmağı tövsiyə etdi və uğurlu istirahət arzuladı.
Şəmkir rayonuna gələn layihə iştirakçıları və təşkilati komanda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Daha sonra layihə iştirakçıları Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinə səfər etdilər və “Parlaq Zəka” oyunlarının çəkilişlərində iştirak etdilər.
Ekskursiyadan sonra təlimçi Əligül Ağayevin təqdimatında Liderlik təlimlərinə start verildi.
4 gün davam edəcək layihədə gənclər komandalar şəklində müxtəlif intellektual oyunlar və müsabiqələr çərçivəsində qalibiyyət uğrunda mübarizə aparacaq, bir sıra ekskursiyaların iştirakçıları olacaqlar.