Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2015-ci ilin avqust ayı ərzində daxil olan müraciətlər

05 sentyabr 2015 | 10:00

2015-ci ilin avqust ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 1973, birbaşa cavablandırılan zənglərin sayı 1426,  yaradılan əks əlaqələrin sayı 756, günlük orta zəng sayı 75, tərtib edilən şikayət vərəqələrinin sayı 547, xidmət səviyyəsi 99,1 % olmuşdur.
Şikayət xarakterli müraciətin 542-i və ya 99,1 %-i icrası təmin edilib, o cümlədən  470-i və ya  86,7 %-i tam həll olunub,  26-ı və ya 4,8 %-i qismən həll edilib,  46-ı və ya 8,5 %-nə müvafiq izahat verilərək həll edilib, 5-i və ya 0,9 %-nin icrası nəzarətdədir.
Avqust ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  351-i və ya 64,2 %-i su-kanalizasiya, 78-i və ya 14,2 %-i lift problemləri, 40-ı və ya 7,3 %-i sakinləri narahat edən digər məsələlər, 29-u  və ya 5,3 %-i elektrik təchizatı ilə bağlı,  25-i və ya 4,5 %-i qaz təchizatı, 15-i və ya 2,7 %-i zibil və tullantılar ilə əlaqədar, 6-ı və ya 1,1 %-i küçələrin işıqlandırılması idarəsi, 3-ü və ya 0,5 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub.

Keçidlər