Binəqədi rayonunda 2014-2015-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirildi
Sentyabrın 12-də Binəqədi rayonunda 2014-2015-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru kimya elmləri doktoru, professor Vaqif Abbasov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müavini Hüseyn Əsgərov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları və qonaqlar ilk öncə Ulu Öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı büstü önünə gül dəstələri qoydu, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildirdilər.
Şura iclasını Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq, təhsilə göstərilən dövlət qayğısından danışdı. X.İsgəndərov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü, inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu vurğuladı. Natiq Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğu bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini A.Əliyeva “Binəqədi rayonunda 2014-2015-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” barədə məruzə ilə çıxış etdi.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru kimya elmləri doktoru, professor Vaqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov öz çıxışlarında hazırda dünya standartlarına cavab verə biləcək səviyyədə, yüksək keyfiyyətli təhsil almaq üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildirdilər.
Tədbir rayonun veteran müəlliməsi Şükufə Axundova, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş - 283 saylı tam orta məktəbin məzunu Əfsanə Şamilli, 83 saylı məktəb-liseyin məzunu Səhminə Şahəliyeva, 115 saylı tam orta məktəbin məzunu Nicat Rzazadə, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan” könüllüsü Nahid Qasımovun çıxışları ilə davam etdi.
Tədbirin sonunda Şura qərarı oxundu və ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olundular.
Yekunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanmış gənclərlə xatirə şəkli çəkdirildi.