Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətəndaş cəmiyyəti və media əlaqələri” mövzusunda tədbir keçirildi

17 sentyabr 2015 | 10:00

17 sentyabr  tarixdə “Vətəndaş cəmiyyəti və media əlaqələri” mövzusunda növbəti Məlumat saatı keçirildi. Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, “Azəri Press” (APA) İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev, “Lent.az” saytının redaktoru Səbuhi Məmmədli, aparatın şöbə müdirləri, rayon icra nümayəndələri, bələdiyyə sədrləri və aparatın əməkdaşları iştirak etdilər.
İlk öncə tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini  Aygün Əliyeva vətəndaş cəmiyyətində medianın rolunun əhəmiyyətini vurğulayaraq ümummilli lider Heydər Əliyevin ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaratdığını diqqətə çatdırdı. Eyni zamanda A.Əliyeva ölkə başçısı İlham Əliyevin son illərdə Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafı istiqamətində önəmli addımlar atdığını və bu siyasətin bugün də uğurla davam etdiyini bildirdi.
Daha sonra “Azəri Press” (APA) İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev “Vətəndaş cəmiyyəti və media əlaqələri” mövzusunda geniş təqdimat etdi. 
Çıxışlardan sonra məlumat saatı suallar ətrafında müzakirə ilə davam etdirildi.
Məlumat saatının sonunda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mövzunun əhəmiyyətindən danışaraq son illərdə ölkə başçısının media sahəsinə xüsusi diqqətini vurğuladı və qeyd etdi ki, xüsusilə jurnalistlərin dövlət tərəfindən mənzillə təmin olunması ölkə başçısının bu sahəyə qayğısının nəticəsidir. “Azəri Press” (APA) İnformasiya Agentliyinin ölkədə rolundan danışan X.İsgəndərov bundan sonra da Binəqədi Rayon İcra Hakimiyyəti və kütləvi informasiya vasitələri arasında əməkdaşlığın  davam etdiriləcəyini nəzərə çatdırdı.

Keçidlər