Şriftin ölçüsü :

Saytın rəngi :

Novxanı çimərliyində sahilyanı təmizlik aksiyası keçirildi

19 sentyabr 2015 | 10:00

Sentyabrın 19-da Bakıda Ümumdünya Təmizlik Aksiyası çərçivəsində "Let's Do It! Azerbaijan 2015" və "International Coastal Clean Up" adı altında ölkə tarixinin ən böyük Xəzər sahilyanı təmizlik aksiyası baş tutdu. Aksiya Binəqədi Rayon Bələdiyyəsi, “Green Baku” Ekoloji Gənclər Birliyi, Coca-cola şirkəti, ASAN Xidmətin “Green ASAN” təşəbbüsü  ilə həyata keçirildi. Aksiyada 450-ə qədər iştirakçı Binəqədi rayonunda yerləşən ictimai Novxanı çimərliyi zonasında təmizlik aksiyası keçirdi. Layihəyə həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsindən və ADA Universitetindən də nümayəndələr qoşuldu.
Aksiyadan öncə Azadlıq Prospekti metro stansiyasının çıxışına toplaşan iştirakçılar xüsusi avtobuslarla əraziyə gətirildi, onlara xüsusi geyim, əlcəklər, zibil torbaları və təmizlik ləvazimatları, su və Coca-cola məhsulları təqdim edildi.
“Let’s Do It!” 100-dən artıq ölkənin 13 milyona qədər könüllüsünü Təmiz Dünya arzusu altında birləşdirən bəşəriyyətin ən böyük layihəsidir. Bu proqram çərçivəsində son illər ərzində dünyada 100 000 tondan artıq tullantı təmizlənmişdir. “International Coastal Clean Up” layihəsi isə Coca-Cola şirkətinin öz partnyorları ilə ənənəvi olaraq təşkil etdiyi ümumdünya sahilyani təmizlik aksiyasıdır.
Aksiya çərçivəsində Novxanı çimərliyi ərazisində toplanmış 10 tona qədər məişət tullantıları təmizlənərək qeyri-qanuni zibilliklər ləğv olundu. Bundan əlavə ərazidə ekoloji maariflənmə aparılaraq gələcəkdə yenidən həmin problemlərin yaranmaması məqsədilə xüsusi məlumatlar verildi.

Keçidlər