Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda fəaliyyət göstərən uşaq bağçalarının iştirakı ilə Yeni il şənliyi keçirildi

26 dekabr 2012 | 11:00

2012-ci il dekabrın 25-də 276 saylı tam orta məktəbin akt zalında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə rayon bağçalarının iştirakı ilə “Şaxta baba şaxta can, hardasan bu vaxta can!” adlı bayram konserti keçirildi.
Tədbirdə rayon ərazisində yerləşən bağçalar iştirak edirdi. Tədbirin aparıcıları şaxta baba və qar qızı uşaqları salamladılar. Sonra balacalar öz çıxışlarını təqdim etdilər.
Rəngarəng çıxışlarla yadda qalan tədbirdə uşaqlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qarşıdan gələn bayramlar münasibətilə təbrik edildi və onlara Rayon İcra Hakimiyyətinin adından yeni il şənliyinə biletlər hədiyyə olundu.
Tədbirin sonunda uşaqlarla xatirə şəkilləri çəkdirildi.
 

Keçidlər