Şriftin ölçüsü :

Saytın rəngi :

"Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi qaydaları" mövzusunda təlim keçirildi

22 sentyabr 2015 | 10:00

22 sentyabr tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında "Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi qaydaları" mövzusunda təlim keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Kərimova, YAP Binəqədi rayon təşkilatının aparatının rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi rayon təşkilatının  Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, İT mütəxəssisi Şamo Əliyev, rayon icra nümayəndəliklərinin, rayon bələdiyyələrinin sosial şəbəkədəki səhifələrinin adminləri və  fəal  gənclər iştirak etdilər.

İlk öncə açılış edən YAP Binəqədi rayon təşkilatının aparatının rəhbəri Sevinc Abdullayeva Binəqədi gənclərinin Milli Məclisə seçkilərin təbliğatının təşkili məqsədilə yaratdığı “operativ qrup”u müsbət qiymətləndirərək, gəncləri fəal olmağa dəvət etdi.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Kərimova gənclərə və adminlərə təlim haqqında məlumat verərək, sosial şəbəkələrdə təbliğat işinin qurulması ilə bağlı layihələrin davamlı olacağı bildirdi. Eyni zamanda L.Kərimova “operativ qrupun” iş planı haqqında geniş məlumat verdi.

Çıxışlardan sonra İT mütəxəssisi Şamo Əliyevin təqdimatında gənclərə "Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi qaydaları" mövzusunda təlim keçirildi.

Təlim gənclərin mövzu ətrafında müzakirələri ilə davam etdirildi.

Keçidlər