Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsinin iştirakçıları ilə görüşdü
2015-ci ilin 14 sentyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsinin iştirakçıları ilə görüşdü.
Səmimi şəraitdə keçən görüşdə gənclərin təklifləri dinlənildi, sualları cavablandırıldı.
Ölkəmizdə aparılan gənclər siyasətindən danışan Xaləddin İsgəndərov ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə diqqət və qayğını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirdiyini qeyd etdi. Bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərlə işin dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, bugün Azərbaycanda gənclərin inkişafı və gələcəkdə lider kimi yetişmələri üçün dövlət tərəfindən bütün lazımi şərait yaradılıb və bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir. Xaləddin İsgəndərov gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsi, sosial iştirakı üçün geniş imkanlar yaradıldığını vurğuladı. RİH başçısı göstərilən etimad və qayğının gənclərin öz sosial vəzifələrinə daha məsuliyyətlə yanaşmasna zəmin yaratdığını bildirdi və görüşdə iştirak edən gənclərə onlar üçün yaradılan şəraitdən maksimum dərəcədə yararlanmağı tövsiyə etdi.
Sonra “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsinin iştirakçılarına sertifikatlar paylanıldı, xatirə şəkilləri çəkdirildi.