Şriftin ölçüsü :

Saytın rəngi :

“Sosial şəbəkələrdə seçki öncəsi PR təbliğatının düzgün qurulması” mövzusunda təlim keçirildi

03 oktyabr 2015 | 10:00

3 oktyabr tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında seçkilərə hazırlıqla bağlı rayon icra nümayəndəlikləri və qəsəbə bələdiyyələrinin sosial şəbəkələrdəki səhifələrinin adminləri, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri və seçki işinin təbliğatının təşkili məqsədilə yaradılmış “operativ qrup”un üzvləri üçün “Sosial şəbəkələrdə seçki öncəsi PR təbliğatının düzgün qurulması” mövzusunda təlim keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Kərimova, YAP Binəqədi rayon təşkilatının aparatının rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi rayon təşkilatının  Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, ekspert, təlimçi Tofiq Sadıxov, rayon icra nümayəndəliklərinin, rayon bələdiyyələrinin sosial şəbəkələrdəki səhifələrinin adminləri və  fəal  gənclər iştirak etdilər.
İlk öncə YAP Binəqədi rayon təşkilatının aparatının rəhbəri Sevinc Abdullayeva bu cür təlimlərin gənclər üçün əhəmiyyətini qeyd edərək seçki işinin təbliğatının  təşkili üçün bu cür təlimlərin mütəmadi keçiriləcəyini gənclərin diqqətinə çatdırdı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova təlim və proqram  haqqında gənclərə və adminlərə məlumat verdi. 
Sonra ekspert, təlimçi Tofiq Sadıxov müvafiq mövzu üzrə gənclərə təlim keçdi.
Təlim qrup işi və  gənclərin mövzu ətrafında müzakirələri ilə davam etdirildi.

Keçidlər