Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2015-ci ilin sentyabr ayında daxil olan müraciətlər

06 oktyabr 2015 | 10:00

2015-ci ilin sentyabr ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 1715, birbaşa cavablandırılan zənglərin sayı 1281,  yaradılan əks əlaqələrin sayı 550, günlük  orta zəng sayı 63, tərtib edilən şikayət vərəqələrinin sayı 434 olub.
Şikayət xarakterli müraciətin 434-nün  icrası təmin edilib, o cümlədən  384 -ü və ya  88,5 %-i tam həll olunub, 14-ü və ya 3,2 %-i qismən həll edilib, 36 -ı və ya 8,3 %-nə müvafiq izahat verilərək həll edilib.
Sentyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  209 -u və ya 48,2 %-i su-kanalizasiya, 75 -i və ya 17,3 %-i lift problemləri, 59 -u və ya  13,5 %-i qaz təchizatı, 39 -u və ya  9 %-i sakinləri narahat edən digər məsələlər, 30 -u  və ya 7 %-i elektrik təchizatı ilə bağlı, 8 -i və ya 1,8 %-i zibil və tullantılar ilə əlaqədar, 7 -i və ya 1,6 %-i küçələrin işıqlandırılması idarəsi, 7 -i və ya 1,6 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olmuşdur.
Ay ərzində xidmətə 15 təşəkkür müraciəti daxil olub.

Keçidlər