Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünya Azərbaycanlıları həmrəy olun!” adlı bayram konserti keçirildi

26 dekabr 2012 | 11:00

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 2012-ci il dekabr 25-də 284 saylı tam orta məktəbin akt zalında Binəqədi rayonunda yerləşən mədəniyyət evlərinin, musiqi məktəblərinin və yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin iştirakı ilə “Dünya Azərbaycanlıları Həmrəy olun!” adlı bayram tədbiri keçirildi.
Tədbirdə şagirdlərin ifasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə xas olan bir sıra şeir və musiqilər səsləndirildi.
Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tamilla Hacıyeva həmrəylik gününün əhəmiyyətindən danışaraq, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.
 

Keçidlər