Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirildi

15 oktyabr 2015 | 10:00

Oktyabrın 15-də Binəqədi Rayon İcra Hakimiyyətində 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə “Dövlətçilik və istiqlaliyyət tariximiz” mövzusunda tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili Aydın Mirzəzadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri və rayon idarə və müəssisələrinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva açaraq dövlət müstəqilliyinin bərpa olunmasının 24-cü ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından tədbir iştirakçılarını təbrik etdi, Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdırıldığı vurğuladı.
Daha sonra müstəqil ekspert, millət vəkili Aydın Mirzəzadə “Dövlətçilik və istiqlaliyyət tariximiz” mövzusu ətrafında çıxış edərək ölkə müstəqilliyinin gerçək təminatçısı olan Prezident İlham Əliyevin yorulmaz fəaliyyətini xüsusi qeyd etdi.

Keçidlər