18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Qəhrəman ruhlu küçələr” adlı tədbir həyata keçirildi
19 oktyabr 2015 | 10:00
Oktyabrın 17-də Binəqədi rayonunun fəal gənclərinin və “ASAN Könüllüləri”nin iştirakı ilə “18 oktyabr – Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş “Qəhrəman ruhlu küçələr” adlı layihə həyata keçirildi.
Layihə çərçivəsində gənclər tərəfindən Binəqədi rayonu ərazisində şəhid və Milli qəhrəmanların adlarının əbədiləşdirildiyi Nizami Nərimanov, Adil Məmmədov, Elman Rüstəmov, Faiq Rüstəmov və Yusif İmanov küçələrində küçənin adı qeyd edilmiş lövhələr dəyişdirildi, büst və barelyeflər təmizləndi, Koroğlu Rəhimov küçəsində isə şəhidin barelyefi yerləşdirildi.
Daha sonra layihə iştirakçıları Milli Qəhrəmanlar parkında abidələrin önünə gül dəstələri qoyaraq Milli qəhrəmanların xatirəsini ehtiramla yad etdilər.