Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının rayonun kommunal təsərrüfatı sahəsində çalışan məsul şəxslərlə müşavirəsi keçirildi

26 oktyabr 2015 | 11:00

26 oktyabr 2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun rayonun kommunal təsərrüfatı sahəsində çalışan məsul şəxslərlə müşavirəsi keçirildi.
Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəhbəri Azər Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati dairələri üzrə nümayəndələri, rayon bələdiyyələri və kommunal sahədə çalışan məsul şəxslər  iştirak etdilər.
Görüşün keçirilməsində əsas məqsəd payız-qış mövsümünə keçidlə əlaqədar rayonda kommunal sahədə işin daha da təkmilləşdirilməsi və ərazidə yaşayan sakinlərin bu sahədə qaldırdıqları məsələlərin daha operativ halda cavablandırılmasının təmin edilməsinə nəzarətin gücləndirilməsidir.
Keçirilən görüşdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının qaldırdığı məsələlərin həlli istiqamətində qarşıya qoyulan məqsədlərə toxunaraq işlərin yüksək səviyyədə həyata keçirilməsinin təmin edilməsinin vacib olduğunu vurğuladı. Eyni zamanda natiq çıxışında Azərbaycanda sabitliyin təmin edildiyini və xalqın təhlükəsizlik şəraitində, rifah içində yaşadığını qeyd edərək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirməyə çalışmağın önəmliliyini diqqətə çatdırdı. O cümlədən, 1 noyabr Milli Məclisə seçkilər günü ərəfəsində gücləndirilmiş iş rejiminin tətbiqinin vacibliyini vurğuladı və sakinlərdən gələn ən kiçik müraciətin belə araşdırılmasının təmin edilməsi üçün tapşırıqlar verdi.
Daha sonra görüş kommunal sahədə çalışan məsul şəxslərin çıxışları və görülən işlər haqqında hesabat məruzələri ilə davam etdirildi.

Keçidlər