Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının təhsil işçiləri ilə görüşü keçirildi

26 oktyabr 2015 | 11:00

26 oktyabr 2015-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Binəqədi rayonunda fəaliyyət göstərən ali və tam orta məktəblərin qabaqcıl müəllimləri ilə görüş keçirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq dünyada, regionda və ölkədə gedən ictimai-siyasi proseslərdən danışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərin daxili sabitliyə əsaslanaraq əldə edildiyini, xarici siyasətin isə milli maraqlara söykənərək həyata keçirildiyini qeyd edən Xaləddin İsgəndərov son günlər cənab Prezident tərəfindən sahibkarlığın inkişafına maneələrin aradan qaldırılması yönündə məqsədyönlü qərarların qəbulunun ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında yeni mərhələ olacağından əminliyini dilə gətirdi.
Daha sonra ölkədə həyata keçirilən təhsil islahatlarından danışan Rayon İcra Hakimiyyətinin başçısı Binəqədi rayonunda fəaliyyət göstərən bütün məktəb və liseylərin hər birinin rayon rəhbərliyinin də xüsusi diqqətində olduğunu bildirdi. Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihələrin məktəblərin, xüsusən məktəb müəllimlərinin stimullaşdırılmasına xidmət etdiyini qeyd edən Xaləddin İsgəndərov perspektivdə belə layihələrin daha intensiv halda həyata keçiriləcəyinə əminliyini vurğuladı.
Daha sonra görüşdə iştirak edən təhsil işçiləri - Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun kafedra müdiri, dosent Yusif Alıyev, 244 nömrəli tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmiş fəlsəfə doktoru Yəhya Abbasov, 126 nömrəli tam orta məktəbin müəllimi “Tərəqqi” medalı ilə təltif edilmiş Şirincan Məmmədova, 100 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim İradə Əliyeva, 276 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim Elxan Quliyev, 157 nömrəli tam orta məktəbin müəllimi, şair-publisist Adil Həmid, 135 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim Rafiq Məmmədov və 99 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim Nərminə Əliyeva öz çıxışlarında ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələrindən, təhsil işçilərinə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq ölkə Prezidenti cənab İlham Əliyevə və Binəqədi rayonunda həyata keçirilən göz oxşayan işlərə və əhaliyə göstərilən diqqət və qayğıya görə İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova təşəkkür və minnətdarlıqlarını bildirdilər.

Keçidlər