Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı rayonun səhiyyə işçiləri ilə görüş keçirdi
27 oktyabr 2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Binəqədi rayonunun səhiyyə işçiləri ilə görüşü keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və rayonun səhiyyə sahəsində çalışan məsul şəxslər iştirak etdilər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq dünyada, regionda və ölkədə gedən ictimai-siyasi proseslərdən danışdı.
Natiq çıxışında qeyd etdi ki, hökumətin və Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi proqramlar əhalinin tibbi xidmətlərlə ən yüksək səviyyədə təmin edilməsinə səbəb olmuşdur. Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev hələ 40 il əvvəl səhiyyə sahəsində uzunmüddətli dinamik inkişafa səbəb olan islahatların dərin təməllərini yaratmışdır. Ümummilli lider Heydər Əliyev ölkəyə başçılıq etdiyi bütün dövrlərdə səhiyyə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Bunun nəticəsində Azərbaycan səhiyyəsi bütün xidmət növlərinin keyfiyyət göstəricilərinə görə bir çox respublikalardan irəlidədir.
Son illər Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət isə bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Binəqədi rayonunda da ölkə başçısının sərəncamına əsasən aparılan tibbi müayinənin uğurla yekunlaşdığını vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bundan sonra da rayon əhalisinə göstərilən tibbi xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi üçün davamlı olaraq çalışmağın vacibliyini vurğuladı.
Daha sonra çıxış edən səhiyyə işçiləri tibb sektorunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək səhiyyə sahəsi ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsindən, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasından, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması istiqamətində gerçəkləşən siyasətin əsas prioritetlərindən danışdılar. Onlar bu sahədə əvəzsiz rolu olan ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Çıxışçılar Binəqədi rayonunda həyata keçirilən işlərə və əhaliyə göstərilən diqqət və qayğıya görə İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova təşəkkür edərək, bundan sonra da rayonun səhiyyə sahəsində uğurların davamlı olması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.