Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının rayonun ziyalı qadınları ilə görüşü keçirildi

27 oktyabr 2015 | 11:00

27 oktyabr 2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun Binəqədi rayonunun ziyalı qadınları ilə görüşü keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, YAP Binəqədi Rayon Qadınlar Şurasının sədri Aytac Əliyeva və rayonun müxtəlif peşə sahələrində çalışan ziyalı qadınları iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qadınların sosial və siyasi həyata inteqrasiyasının demokratikləşmə prosesinin əsas elementlərindən biri olduğunu qeyd edərək son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması istiqamətində həyata keçirilmiş işlərdən və əldə edilmiş nailiyyətlərdən danışdı. Daha sonra ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələrə münasibət bildirən natiq ölkədə daxili sabitliyin qorunması və inkişafın davam etdirilməsi   istiqamətində həyata keçiriləcək fəaliyyətlərdə qadınların da üzərinə əhəmiyyətli vəzifə düşdüyünü qeyd etdi.
Sonra çıxış edən ziyalı qadınlar əsrlər boyu Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması, övladlarımızın milli və vətənpərvər ruhda böyüdülməsi kimi şərəfli bir işin öhdəsindən layiqincə gəldiyini və tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxaraq bu gün də müstəqil respublikamızda demokratik cəmiyyət quruculuğunda fəal iştirak etdiyini vurğuladılar. Ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Binəqədi rayonunda həyata keçirilən işlərə və əhaliyə göstərilən diqqət və qayğıya görə İcra Hakimiyyətinın başçısı Xaləddin İsgəndərova təşəkkür və minnətdarlıqlarını bildirən natiqlər bundan sonra da cəmiyyətin inkişafında və idarəçiliyində üzərilərinə düşən öhdəlikləri məsuliyyətlə icra edəcəklərini bildirdilər.

Keçidlər