Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı rayonun fəal gəncləri ilə görüşdü

28 oktyabr 2015 | 11:00

28 oktyabr 2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Binəqədi rayonunun fəal gəncləri ilə görüşü keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və rayonun fəal gəncləri iştirak etdilər.
Görüşü Rayon İcra  Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq qeyd etdi ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan gənclər siyasəti artıq öz bəhrəsini verməkdədir. Xarici ölkələrdə təhsil alan gənclərimizin sayının gündən-günə artması, onların bir çox yerli və beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etmələri bunun bariz nümunəsidir.
Daha sonra ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələrə münasibət bildirən icra başçısı ölkədə daxili sabitliyin qorunması və inkişafın davam etdirilməsi istiqamətində həyata keçiriləcək fəaliyyətlərdə gənclərin böyük rolundan danışdı və hər bir gənci 2015-ci il noyabrın 1-də keçiriləcək Parlament Seçkilərində iştirak etməyə çağırdı.
Səmimi mühitdə keçən görüş gənclərin çıxışları ilə davam etdirildi. Onlar da öz növbəsində, Respublikada aparılan uğurlu gənclər siyasətindən danışdılar və yaradılan yüksək səviyyəli şəraitə görə ölkə başçısına və Binəqədi rayonunda gənclərə göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirdilər, öz növbələrində fəaliyyətləri ilə dövlətimizin eləcə də, Binəqədi rayonunun nüfuzunu daha da yüksəltməyə söz verdilər.

Keçidlər