Şriftin ölçüsü :

Saytın rəngi :

Parlament seçkilərində ilk dəfə səsvermə hüququna malik olan gənclər üçün təlim keçirildi

30 oktyabr 2015 | 11:00

30 oktyabr 2015-ci il tarixdə Parlament seçkilərində ilk dəfə səsvermə hüququna malik olan gənclər üçün təlim keçirildi.
YAP Binəqədi rayon Təşkilatının inzibati binasında baş tutan tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva gəncləri ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə etdmələri münasibətilə təbrik etdi, Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsi barədə geniş məlumat verdi: “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır”.
Daha sonra Atatürk Universitetinin Bakı filialının müəllimi, təlimçi İsmayıl Kərimovun təqdimatında təlim keçirildi. Təqdimat əsasında qanunvericilik orqanı, onların funskiyaları və səlahiyyətləri, habelə Azərbaycanda qanunvericilik orqanının strukturu və funksiyaları haqqında qısa məlumat verildi və bununla bağlı müzakirələr aparıldı, Parlamentin ölkə idarəçiliyindəki əhəmiyyəti və rolundan danışıldı. Seçki hüququ anlayışı və prinsipləri haqqında iştirakçılara qısa təqdimat verilirək seçki prosesinin mərhələləri haqqında məlumat verildi.
Sonda, gənclərin iştirakı ilə praktik seçki prosesi həyata keçirildi. gənclər çay süfrəsi ətrafında müzakirələri davam etdirdilər.

Keçidlər