Binəqədi rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda tədbir keçirildi
3 noyabr tarixində Binəqədi rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayonun idarə-müəssisə rəhbərləri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbiri giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışdı, baş verən yanğın faciələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğuladı.
Daha sonra Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Yanğın təhükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları qarşısında duran birgə vəzifələr” mövzusunda çıxış etdi.
Tədbir “Yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”; “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”; “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”; “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”; “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti: görülən işlər və mövcud problemlər”; “Yanğın zamanı ilkin tibbi yardım” mövzuları ətrafında çıxış və müzakirələrlə davam etdirildi.