Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Mənim bayrağım” adlı tədbir keçirildi

07 noyabr 2015 | 11:00

7 noyabr 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Mənim bayrağım” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, 9 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə rayon orta umumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilmiş inşa-yazı, rəsm və bədii-qiraət müsabiqələrinin qalibləri və iştirakçıları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov iştirakçıları salamlayaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə təbrik etdi.
Sonra Rayon Gənclər və İdman İdarəsinin məsul işçisi Ülviyyə Usubova Dövlət bayrağının yaranma tarixi haqqında məlumat verdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkdi. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan natiq ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırdı.
Sonra “Mənim bayrağım” mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsinin qalibi 115 №li tam orta məktəbin 11-ci sinif şagirdi Cəfərova Fidan Zöhrab qızı inşa yazısını təqdim etdi.
YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxışında müsabiqə iştirakçılarına təşəkkürünü bildirərək qeyd etdi ki, gənc nəslin vətənə bağlılığı, eyni zamanda dövlət rəmzlərinə sevgi və ehtiramı çox sevindiricidir. Bu gün ölkəmizdə sağlam və vətənpərvər nəsil formalaşıb.
Sonra bədii-qiraət müsabiqəsinin qaliblərinin ifasında kompozisiya təqdim olundu.
Tədbir 9 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə rayon orta umumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilmiş inşa-yazı, rəsm və bədii-qiraət müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi ilə davam etdirildi.
Daha sonra  bir qrup rayon gənci Dövlət Bayrağı Meydanını ziyarət etdi.

Keçidlər