Şriftin ölçüsü :

Saytın rəngi :

İdman ilinə yekun vuruldu

29 dekabr 2012 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 08 may 2012-ci il tarixli 71 saylı Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 2012-ci il dekabrın 26-da “Elite” Ticarət və Əyləncə Mərkəzində 2012-ci il “İdman ili” çərçivəsində ilin yekunlarına həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov rayon ərazisində “İdman ili” çərçivəsində görülmüş işlərlə bağlı məlumat verdi. Sonra söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılova verildi. Tədbirə dəvət olunan idmançıları və idman mütəxəssislərini salamlayan V.İsmayılov dövlətimiz tərəfindən idmançılara və idman ictimaiyyətinə göstərilən qayğıdan danışdı. Rayon ərazisində idman sahəsində keçirilən tədbirləri çox yüksək qiymətləndirdi.
Daha sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da respublikamızda idmanın inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərdən söhbət açdı. Qeyd etdi ki, 2015-ci il keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarına Respublikamızın paytaxtı – Bakı şəhərinin ev sahibliyi etməsi idmanın inkişaf etdirilməsi sahəsində aparılan siyasətin məntiqi davamıdır.
Sonra söz Milli Olimpiya Komitəsinin əməkdaşı – “Olimpiya Dünyası” Qəzetinin baş redaktoru Murad Fərzəliyevə verildi. Komitə əməkdaşı qəzet tərəfindən Binəqədi rayon Gənclər və İdman İdarəsinin “İlin ən yaxşı Gənclər və İdman İdarəsi” adını alması münasibətilə İdarənin rəisi Qüdsi Bayramovu təbrik etdi və bu uğurların davamlı olmasını arzuladı.
Çıxışlardan sonra müxtəlif nominasiyalar üzrə ilin idman kompleksləri, idmançıları, mətbuat orqanları, KİV-lər rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları, Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə təltif olundular.
Daha sonra XXIV Spartakiadanın qalib komandalarının və rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bizim Olimpiya Çempionlarımız” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Mükafatlandırmadan sonra tədbirin bədii hissəsi başladı.
 

Keçidlər