Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun məktəbəqədər təlim-tərbiyə müəssisələrində Dövlət Bayrağı günü münasibətilə tədbirlər keçirildi

06 noyabr 2015 | 11:00

9 noyabr - Dövlət Bayrağı günü münasibətilə Binəqədi rayonunun məktəbəqədər təlim-tərbiyə müəssisələrində müxtəlif tədbirlər təşkil edildi.
Belə tədbirlərdən biri 6 noyabr tarixində Binəqədi rayonu 177 saylı körpələr-evi uşaq bağçasında keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, 177 saylı körpələr-evi uşaq bağçasının müdiri Pəri Rəhimova və bağçanın kollektivi iştirak etdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Bayraq günü münasibətilə balaca fidanları təbrik edərək, bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətlə inkişaf edir, ölkədə beynəlxalq səviyyəli möhtəşəm tədbirlər-festivallar, konfranslar, idman və musiqi yarışmaları təşkil olunur və bu tədbirlərin hər birində Dövlət bayrağımız yüksəklərə qaldırılır. L.Kərimova dövlət tərəfindən təhsilə, cəmiyyətin gələcəyi olan uşaqlara göstərilən böyük diqqət və qayğıdan danışdı. 
Çıxışlardan sonra tədbir 177 saylı körpələr-evi uşaq bağçasının kollektivi tərəfindən hazırlanmış konsert proqramı ilə davam etdirildi.

Keçidlər