Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2015-ci ilin oktyabr ayında daxil olan müraciətlər

10 noyabr 2015 | 11:00

2015-ci ilin oktyabr ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 1965, birbaşa cavablandırılan zənglərin sayı 1350,  yaradılmış əks əlaqələrin sayı 721, günlük orta zəng sayı 66, tərtib edilən şikayət vərəqələrinin sayı 615 olmuşdur.
Şikayət xarakterli müraciətin 615-nin icrası təmin edilib, o cümlədən  554 -ü və ya  90,1 %-i tam həll olunub,  24 -ü və ya 3,9 %-i qismən həll edilib, 37 -i və ya 6 %-i müvafiq izahat verilərək həll edilib.
Oktyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  214-ü və ya 34,8 %-i su-kanalizasiya,  208-i və ya  33,8 %-i qaz təchizatı, 78-i və ya 12,7 %-i lift problemləri, 56-ı və ya  9,1 %-i sakinləri narahat edən digər məsələlər, 42-i və ya 6,8 %-i elektrik təchizatı ilə bağlı, 6-ı və ya 1 %-i zibil və tullantılar ilə əlaqədar, 6 -ı və ya 1 %-i küçələrin işıqlandırılması idarəsi, 5-i və ya 0,8 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub.
Xidmətə ay ərzində 22 təşəkkür müraciəti daxil olub.

Keçidlər