Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon məktəblərində “Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Məfkurəsi” mövzusunda tədbirlərin keçirilməsinə başlanılıb

10 noyabr 2015 | 11:00

10 noyabr tarixindən etibarən Binəqədi Rayon İcra Hakimiyyətinın başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin 2015-ci il üçün təsdiq edilmiş iş planının 41-ci bəndinə uyğun olaraq “Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” istiqamətində Binəqədi rayon məktəblərində “Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Məfkurəsi” mövzusunda tədbirlərin keçirilməsinə başlanılıb.
İlk tədbir 10 noyabr tarixində Binəqədi Mərkəzi Mədəniyyət evində 179, 182 və 205 saylı tam orta məktəblərin şagirdlərinin iştirakı ilə keçirildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü ilə əlaqədar  “Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” istiqamətində həyata keçirilən “Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Məfkurəsi” mövzusunda tədbirlərin 19 noyabr tarixinə qədər davam edəcəyini qeyd etdi. Tədbirin keçirilməsində əsas məqsədin orta məktəb şagirdlərinə Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinin və təbliğ edilməsinin olduğunu bildirdi. 
Daha sonra mövzu ətrafında söz əsas mühazirəçi, Azərbaycan Jurnalistlər Birliyi,  Yazıçılar Birliyinin, YAP-nın üzvi, “Xan qızı Natəvan”, “Qızıl qələm” və Rəsul Rza adına Beynəlxalq mükafatların sahibi, yazıçı Zöhrə Əsgərovaya verildi.
Z.Əsgərova “Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Məfkurəsi” mövzusunda şagirdlərlə interaktiv mühazirə apardı.
Mühazirədən sonra şagirdlərin mövzu ilə bağlı sualları cavablandırıldı.

Keçidlər