Şriftin ölçüsü :

Saytın rəngi :

9 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

09 mart 2023 | 18:37

9 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Tural Eyyubov, Ramiz Hüseynov, Mayıl Qurbanov və Zamin Rəhimov küçələrinin işıqlandırılması, Şah Abbas küçəsində sıradan çıxmış küçə işıqlarının bərpa edilməsi, A.Zeynallı küçəsində yol keçidi və avtobus dayancağını bildirən yol nişanlarının bərpası, qəsəbə ərzisində qaz təchizatının yaxşılaşdırılması, Y.Hüseynov küçəsində ağacların budanması, Füzuli küçəsində tunelin təmir edilməsi, 117 saylı marşrut xəttinin bərpa olunması, Ordubadi küçəsi yol kənarında hasarın rəngənməsi, Sumqayıt şosesi 1 və 2 saylı binalarda zirzəminin su ilə dolması və məişət tullantılarının daşınması ilə  bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər