Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl Ürək” fərdi layihəsi çərçivəsində ekskursiya və fləşmob təşkil edildi

11 noyabr 2015 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində qalib olmuş Binəqədi rayonunun fəal gənci Nilufər Yunusovanın “Yaşıl Ürək” adlı fərdi layihəsi çərçivəsində layihənin proqramına uyğun olaraq 10 noyabr 2015-ci il tarixdə “Azadlıq prospekti” metro stansiyasının ətrafında fləşmob keçirildi. Layihə iştirakçıları sakinlərə yaxınlaşaraq onlara ətraf mühitin qorunması haqqında məlumat verərək layihənin bukletlərini payladılar.
11 noyabr 2015-ci il tarixdə isə layihə iştirakçılarının “Təmiz Şəhər” ASC-yə ekskursiyası təşkil olundu.
Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna gələn məktəblilər əvvəlcə “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında videoçarxı izlədilər. Sonra “Təmiz Şəhər” ASC-nin məsul əməkdaşı zavod haqqında ətraflı məlumat verərək, məişət tullantılarının yandırılması prosesi və bu prosesin müasir standartlara cavab verən idarəetmə formasını əyani şəkildə ziyarətçilərə göstərdi.
Ekskursiyanın sonunda məktəblilərin sualları cavablandırıldı, zavodun həyətində xatirə şəkili çəkildi.

Keçidlər