Rayon ərazisində yaşayan vətəndaşlarla “Sakin məmnunluğu əsasdır” mövzusunda görüşlərin keçirilməsinə start verildi
13 noyabr tarixində 2 saylı sahə inzibati dairəsi üzrə nümayəndəliyində vətəndaşlarla görüş keçirildi.
Keçirilən görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, 2 saylı sahə inzibati dairə üzrə nümayəndə Ləman Əliyeva, “Azərsu” ASC-nin Zəng Mərkəzinin şöbə müdiri Rövşən Hüseynov, “Bakıelektrikşəbəkə” ASC-nin mühəndisi Ceyhun Həsənov, Binəqədi rayonu 79 saylı MKİS-nin rəisi Həsən Həsənov və ərazidə yaşayan vətəndaşlar iştirak etdilər.
Görüşün keçirilməsində əsas məqsəd Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq tapşırığına əsasən rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciəti Xidmətinə (16-46-ya) sakinlər tərəfindən daxil olan təkrar şikayətlərin araşdırılması və ərazidə yerləşən adiyyəti qurumlar tərəfindən məsələlərə adekvat cavabın verilməsi istiqamətində işlərin görülməsidir. Çünki, sakin məmnunluğu, rahatlığı və onların problemlərinin vaxtında həll edilməsi əsas məsələlərdən biridir. Təsadüfi deyil ki, Dövlətimizin başçısı İlham Əliyev hər bir nitqində diqqəti məmur-vətəndaş münasibətlərinə yönəldərək konkret bu tapşırığı onların nəzərinə çatdırır: “Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır.” Prezidentin bu tapşırığı tövsiyə yox, hər bir məmurdan tələb olunan məsuliyyət və cavabdehlikdir.
2 saylı sahə inzibati dairəsi üzrə nümayəndəliyində vətəndaşlarla keçirilən görüşdə sakinlər tərəfindən Sakinlərin Müraciəti Xidmətinə (16-46) daxil olan təkrar şikayətlərin təhlil edilməsi və onların problemlərinin həlli istiqamətində işlərin görülməsi üçün söhbət aparıldı.
İlk öncə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov Sakinlərin Müraciəti Xidmətinə (16-46-ya) sakinlər tərəfindən daxil olan təkrar şikayətlərin araşdırılması və ərazidə yerləşən adiyyəti qurumlar tərəfindən məsələlərə adekvat cavabın verilməsi istiqamətində görüləcək işlərin, o cümlədən, vətəndaşlarla görüşlərin mütəmadi keçirilməsinin vacibliyini diqqətə çatdırdı. Eyni zamanda E.Dadaşov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikanın rayon və şəhərlərinin sosial iqtisadi inkişafı üçün yorulmadan həyata keçirdiyi və uzun müddət üçün hesablanmış tədbirlər, həmçinin bu kontekstdə hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrasının artıq son illər tendensiya halına düşərək uğurlu nəticələrinə toxunaraq bu istiqamətdə gedən işlərdə hər bir vətəndaşın bir nümunə olmasının vacibliyini qeyd etdi.
Görüşdə iştirak edən sakinlərin hər biri ayrı-ayrılıqda dinlənildi və onların problemlərinin həlli üçün adiyyəti qurumların qarşısında məsələlər qaldırıldı.
Bu cür görüşlərin keçirilməsinin əhəmiyyətli olduğunu bildirən sakinlər rayon ərazisində görülən işləri müsbət qiymətləndirdi və ölkə rəhbərliyinə təşəkkürlərini bildirdilər.
“Sakin məmnunluğu əsasdır” mövzusunda rayon ərazisində yaşayan vətəndaşlarla görüşlərin keçirilməsi rayonun bütün qəsəbələrində nəzərdə tutulub.