Şriftin ölçüsü :

Saytın rəngi :

158 saylı körpələr-evi uşaq bağçasında “Məhsul Bayramı” münasibətilə tədbir keçirildi

14 noyabr 2015 | 11:00

14 noyabr tarixdə Binəqədi rayonu 158 saylı körpələr-evi uşaq bağçasında payız fəsilində ənənəvi olaraq “Məhsul Bayramı” münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, 158  saylı körpələr-evi uşaq bağçasının müdiri  Rəfiyyə  Əsədova  və  bağçanın  kollektivi iştirak etdilər.
İlk öncə bağçanın balaca fidanlarının bağçada təşkil etdikləri rəsm sərgisi açılışı və  əl işlərinin nümayişi ilə tanışlıq oldu.
Daha sonra tədbiri açıq elan edən 158 saylı körpələr-evi uşaq bağçasının müdiri  Rəfiyyə  Əsədova qonaqları və valideynləri salamlayaraq tədbirə uğurlar dilədi.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova balaca fidanlarının bağçada təşkil etdikləri rəsm sərgisində, əl işlərində payız fəsilinin əlvanlığını yüksək səviyyədə əks edildiyini diqqətə çatdırdı. L.Kərimova balaca yaşdan balaca fidanların bu cür maariflənməsi, dünyagörüşlərinin zəngin olmasının əhəmiyyətini vurğulayaraq, onlara uğurlar dilədi.
Sonra tədbir balaca fidanların hazırladıqları payız fəsilinin nümayiş edildiyi əyləncəli proqramla davam etdirildi.

Keçidlər