Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 25 saylı şəhər poliknikasında görülən işlər və qarşıda duran məsələlər müzakirə edildi

17 noyabr 2015 | 11:00

Noyabrın 17-də Binəqədi rayonu 25 saylı şəhər poliknikasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir sıra səhiyyə əməkdaşlarının iştirakı ilə 2015-ci ilin 9 ayının sosial iqtisadi yekunları və qarşıda duran məsələlər, cənab Prezidentin rəhbərliyi ilə ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən dəyişikliklər və ölkənin ümumi inkişafına istiqamətlənmiş fərman və sərəncamların müzakirəsi ilə bağlı toplantı keçirildi.
Toplantıdan öncə 25 saylı şəhər poliknikasında görülən işlər ilə tanışlıq oldu.
Daha sonra toplantını açıq elan edən poliknikanın baş həkimi Xatirə Xəlilova bu cür müzakirələrin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırdı.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva son illərdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində səhiyyə sahəsində işlərin inkişaf etdiyini vurğulayaraq, təkcə səhiyyə sferasının deyil, həyatımızın bütün sahələrinin yüksək sürətlə inkişaf etdiyini nəzərə çatdırdı. Xüsusilə son illərdə ölkə rəhbərliyinin qayğısı nəticəsində səhiyyədə əldə olunan uğurlar və gələcək perspektivlər ətrafında geniş işlərin getdiyini diqqətə çatdıran A.Əliyeva bildirdi ki, istənilən müəssisənin keyfiyyətli xidmət göstəricisi vətəndaşların məmnunluğu ilə ölçülür.
Çıxışlardan sonra müxtəlif təkliflər əsasında rayonda səhiyyə sahəsində bu günə qədər görülən işlər təhlil olundu və gələcəkdə görüləcək işlərin icrası ilə bağlı müzakirələr aparıldı.

Keçidlər