Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 20 saylı uşaq poliknikasında görülən işlər və qarşıda duran məsələlər müzakirə edildi

18 noyabr 2015 | 11:00

Noyabrın 18-də Binəqədi rayonu  20 saylı uşaq poliknikasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir sıra səhiyyə əməkdaşlarının iştirakı ilə 2015-ci ilin 9 ayının sosial iqtisadi yekunları və qarşıda duran məsələlər, cənab Prezidentin rəhbərliyi ilə ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən dəyişikliklər və ölkənin ümumi inkişafına istiqamətlənmiş fərman və sərəncamların müzakirəsi ilə bağlı toplantı keçirildi.
Toplantıdan öncə 20 saylı uşaq poliknikasında son dövrlərdə görülən işlər  ilə tanışlıq oldu.
Daha sonra toplantını açıq elan edən poliknikanın baş həkimi Xuraman  Hüseynova  20 saylı uşaq  poliknikasında  bu cür toplantının keçirilməsini müsbət qiymətləndirdi.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva son illərdə cənab Prezidentin uğurlu siyasəti sahəsində təkcə səhiyyə sferasının deyil, həyatımızın bütün sahələrinin yüksək sürətlə inkişaf etdiyini nəzərə çatdırdı.
Xüsusilə son illərdə ölkə rəhbərliyinin qayğısı nəticəsində səhiyyədə əldə olunan uğurlar və gələcək perspektivlər ətrafında geniş işlərin getdiyini diqqətə çatdıran A.Əliyeva bildirdi ki, istənilən müəssisənin keyfiyyətli xidmət göstəricisi vətəndaşların məmnunluğu ilə ölçülür.
20 saylı uşaq poliknikasının  da  rayonumuzda gedən bütün layihələrdə aktiv iştirak etdiyini vurğulayan A.Əliyeva bundan sonrada poliknikanın işlərində uğurlar dilədi.
Çıxışlardan sonra müxtəlif təkliflər əsasında rayonda səhiyyə sahəsində bu günə qədər görülən işlər təhlil olundu və gələcəkdə görüləcək işlərin icrası ilə bağlı müzakirələr aparıldı.
Müzakirələrdə iştirak edən poliknikanın əməkdaşları bir sıra təkliflərlə çıxış etdilər. Ölkəmizdə son illərdə səhiyyə sahəsində əldə edilən uğurlara toxunan poliknika əməkdaşları ölkə rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Keçidlər