138 saylı körpələr-evi uşaq bağçasında “Məhsul Bayramı” münasibətilə tədbir keçirildi
19 noyabr tarixində Binəqədi rayonu 138 saylı körpələr-evi uşaq bağçasında payız fəsilində ənənəvi olaraq “Məhsul Bayramı” münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, 138 saylı körpələr-evi uşaq bağçasının müdiri Seyranə Qasımova və bağçanın kollektivi iştirak etdilər.
İlk öncə tədbiri açıq elan edən 138 saylı körpələr-evi uşaq bağçasının müdiri Seyranə Qasımova qonaqları və valideynləri salamlayaraq tədbirə uğurlar dilədi.
Daha sonra tədbir balaca fidanların hazırladıqları payız fəsilinin nümayiş edildiyi əyləncəli proqramla davam etdirildi.
Bədii hissədən sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova məhsul bayramının ənənəvi olaraq rayon ərazisində yerləşən uşaq bağçalarında yüksək səviyyədə keçirildiyini diqqətə çatdıraraq, qeyd etdi ki, bolluq, gözəllik və rəngarəngliyi özündə ehtiva edən payız fəslinin balaca fidanların obrazlarında canlanması tədbirə daha gözəl rəng qatır. L.Kərimova onlara gələcək həyatlarında uğurlar dilədi.
Tədbirin sonunda məhsul bayramını sinvollarını əks etdirən tort kəsildi, xatirə şəkilləri çəkdirildi.