Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti uşaqları sevindirdi

31 dekabr 2012 | 11:00

2012-ci il dekabrın 30-da Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Atrium” əyləncə mərkəzində əlil, şəhid, aztəminatlı və digər kateqoriyadan olan ailələrin uşaqları üçün Yeni ilin gəlişi münasibətilə əyləncəli şənlik keçirildi.
Uşaqlar musiqi sədaları altında şaxta babanın, qar qızının, cizgi film qəhrəmanlarının, illyuziyaçıların, klounların göstərdikləri nömrələri maraqla izlədilər, həmçinin atraksionlardan istifadə edərək əyləndilər.
Tədbirin sonunda şənlikdə iştirak edən 130 nəfər uşağa yeni il hədiyyələri təqdim olundu.
 

Keçidlər