Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yaşayan vətəndaşlarla “Sakin məmnunluğu əsasdır” mövzusunda görüşlərin keçirilməsi davam etdirilir

24 noyabr 2015 | 11:00

24 noyabr tarixdə Biləcəri qəsəbəsi üzrə nümayəndəlikdə vətəndaşlarla “Sakin məmnunluğu əsasdır” mövzusunda növbəti  görüş keçirildi. 
Keçirilən görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Biləcəri qəsəbə inzibati dairə üzrə nümayəndə İbad İbrahimov, Binəqədi Rayon Su Kanal İdarəsinin əməkdaşları İmran Kərimov və Sabir Məmmədov və Binəqədi Rayon Qaz idarəsinin 9 saylı sahə üzrə xidmət rəisi Elçin Xancanov və ərazidə yaşayan vətəndaşlar iştirak etdilər.
Görüşün keçirilməsində əsas məqsəd Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq tapşırığına əsasən rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciəti Xidmətinə (16-46-ya) sakinlər tərəfindən daxil olan təkrar şikayətlərin araşdırılması və ərazidə yerləşən adiyyəti qurumlar tərəfindən məsələlərə adekvat cavabın verilməsi istiqamətində işlərin görülməsidir.
İlk öncə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov Sakinlərin Müraciəti Xidmətinə (16-46-ya) sakinlər tərəfindən daxil olan təkrar şikayətlərin araşdırılması və ərazidə yerləşən adiyyatı qurumlar tərəfindən məsələlərə adekvat cavabın verilməsi istiqamətində görüləcək işlər və o cümlədən, vətəndaşlarla görüşlərin mütəmadi keçirilməsinin vacibliyini diqqətə çatdıraraq və belə görüşlərin davamlı olacağını bildirdi.
Daha sonra görüşdə iştirak edən sakinlərin hər biri ayrı-ayrılıqda dinlənildi və onların problemlərinin həlli üçün adiyyəti qurumların qarşısında məsələlər qaldırıldı.
Belə görüşlərin keçirilməsinin əhəmiyyətli olduğunu bildirən sakinlər rayon ərazisində görülən işləri müsbət qiymətləndirərək ölkə rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Keçidlər