Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN könüllüləri” növbəti dəfə Binəqədi Rayon İcra Hakimiyyətində təcrübəyə başladılar

25 noyabr 2015 | 11:00

Noyabrın 25-də Binəqədi Rayon İcra Hakimiyyətində “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin Binəqədi Rayon İcra Hakimiyyətində təcrübəyə başlayacaq üzvləri ilə görüş keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov görüş zamanı gənclərə başladıqları işdə uğurlar arzuladı. Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolundan danışaraq gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirdi. X.İsgəndərov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğunu vurğuladı. Çıxışda ASAN Könüllülərinin I Ümumrespublika Forumunun keçirilməsi və Prezident İlham Əliyevin tədbirdəki çıxışının öz ictimai məsuliyyətini dərk edən gənclərdən ibarət könüllülərin fəaliyyətinə güclü stimul yaratdığı xüsusi qeyd edildi.
Görüşdə çıxış edən “ASAN xidmət” mərkəzinin İnsan resursları və təlim şöbəsinin müdir-müavini Cahangir Hacıyev yerli icra hakimiyyətləri ilə əməkdaşlığın ilk olaraq Binəqədi rayonu ilə başladığını vurğulayaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında “ASAN Könüllüləri”nin artıq üçüncü qrupunun təcrübə keçəcəyini bildirdi.
Görüşün sonunda xatirə şəkilləri çəkdirildi.

Keçidlər